"Kapital Bank"ın nizamnamə kapitalını 40 milyon manat artırmaq üçün dövriyyəyə buraxılacaq yeni səhmlər qapalı üsulla "Bakı Fond Birjası"nda yerləşdiriləcək.
Bu barədə Bankdakı mənbəyə istinadən xəbər verilir.
Məlumata görə, "Kapital Bank"ın mövcud səhmdarlarına hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd səhm təklif ediləcək. Bunlar illik gəlirliliyi 15% olan, qeyri-kumulyativ, imtiyazlı, müddətsiz, adsız, sənədsiz səhmlər olacaq.