Kapital Bank Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində Azərbaycanın bir sıra bölgələrində "Bu gün əkdiyimiz ağac, sabah aldığımız bir nəfəsdir” devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyalarını davam etdirir.
Bu dəfə Kapital Bankın dəstəyi ilə Göyçay, Ağcabədi və Beyləqan rayonlarında ağacəkmə aksiyaları keçirilib. Kapital Bank əməkdaşlarının iştirakı ilə aparılan yaşıllaşdırma işləri müxtəlif parkları və yolkənarı boyu yerləşən böyük əraziləri əhatə edib. Həmin sahələrdə bölgələrin iqliminə və hava şəraitinə uyğun olaraq müxtəlif növ ağaclar əkilib.
“Kapital Bank 2015-ci ildən etibarən ölkənin müxtəlif bölgələrində “Yaşıl ölkəm” adlı aksiyanı həyata keçirib. Yaşıllaşdırma kampaniyasının məqsədi ölkəmizdə təbiətin və ekoloji mühitin mühafizəsinə töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir. Kapital Bank tərəfindən yaşıllaşdırma tədbirlərinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.