Kapital Bank və Umiconun birgə təqdim etdiyi, faizsiz və komissiyasız taksit imkanı verən unikal bir kart olan “Birkart Umico” buraxılıb.
Eləcə də bax: BirBank ilə NFC ödənişlər et, 25 manat keşbek qazan!
FED.az xəbər verir ki, bu yeni kart Kapital Bank və “Competo” şirkətinin təqdim etdiyi ko-brend kart məhsuludur.
Müştəri həm Kapital Bank tərəfdən verilən, həm də Umico partnyor şəbəkəsi çərçivəsində qazandığı Cashback məbləğlərini əldə edir. Hər iki tərəfdən verilən Cashback məbləği müştərinin Umico balansında bonus kimi toplanılır.
Kartın qiyməti 1 illik 35 AZN, kartın limiti 10.000 AZN-dək, güzəşt müddəti isə 40 günədək nəzərdə tutulub.
Yeni BirKart Umico kartı vasitəsilə alış-veriş zamanı məbləğin 1.5%-i əlavə bonus olaraq karta qayıdır. Kartı əldə etmək üçün 1 yazıb, 8196-a SMS göndərmək lazımdır.