Növbəti ilin əvvəlində "Kapital Bank"ın Şuşada filialı açılacaq.
FED.az xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 11 ayın yekunları və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
F. Hüseynov bildirib ki, artıq filialda təmir işləri yekunlaşmaq üzrədir: "Plana uyğun olaraq növbəti ilin əvvəlində yeni filialın açılışını planlaşdırırıq. Düşünürəm ki, sözügedən regionda yeni bir biznesin yaradılması vacibdir".