Kapital Bank 10–13 oktyabr tarixlərində Niderland krallığının Amsterdam şəhərində keçirilən ənənəvi “Sibos 2022” sərgi-konfransında iştirak edir.
FED.az xəbər verir ki, tədbirə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb. 4 gün davam edən builki “Sibos” tədbiri “Dəyişən dünya üçün proqressiv maliyyə” mövzusuna həsr olunub.
Pandemiyadan sonra ilk dəfədir ki, canlı formata qayıdan sərgi-konfransda 250-dən çox beynəlxalq spiker rəqəmsal mühitdən faydalanmaq və qeyri-sabit dövrlərdə uğur qazanmaq imkanları, davamlılığın təmin edilməsi, etika və maliyyə sahəsində dünyada bu gün gündəmdə olan digər vacib mövzuları müzakirə edir. Tədbirdə Kapital Bank-ın xüsusi stendi quraşdırılıb, iştirakçılar bank və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilirlər.
“Pandemiyaya dövründə belə Kapital Bank daima beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlığı davam etdirirdi. “Sibos” sərgi-konfransı dünyanın müxtəlif ölkələrindən və qurumlardan olan ekspertlərlə üz-üzə fikir mübadiləsi aparmaq, təcrübələri paylaşmaq üçün çox gözəl fürsətdir”, — deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
Qeyd edək ki, “Sibos” — hər il Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən beynəlxalq maliyyə sənayesi üçün təşkil olunan və dünyanın böyük şəhərlərində baş tutan sərgi-konfransdır. 9 oktyabrda Kapital Bank-ın nümayəndə heyəti builki “Sibos” səfəri çərçivəsində üzv olduğu Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyasının (BAFT) Qlobal İllik Yığıncağında da iştirak edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.