Kapital Bankın səhmdarlarının növbəti iclası olacaq. FED.az xəbər verir ki, iclas martın 14-də saat 11:00-da İzmir Plazada (İzmir küçəsi 23/25) Bankın səhmdarlarının növbəti ümumi yığıncağında “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi, 2017-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, səhmdarlara dividend ödənilməsi də müzakirə ediləcək.
Bundan başqa, Kapital Bank” ASC tərəfindən 40 000 000 AZN dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması və 2017-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi müzakirə ediləcək.
Kapital Bank səhmdarlarını toplayır – VAXT AÇIQLANDI
10:00
13 Mart 2018