Kapital Bank kiçik, orta və iri sahibkarlara əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, daha qənaətcil tarif paketlərini və paket əlavələrini təqdim edir.
Müştərilər tarif paketlərini və paket əlavələrini banka gəlmədən, Müştəri Bank vasitəsilə birdəfəlik ödəniş etməklə əldə edə bilərlər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.
Kapital Bank-ın məhsullarını əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 40% endirim almaq imkanına malikdirlər. Hazırda Kapital Bank, bütün valyutalarda əməliyyatlar həyata keçirən və digər bank məhsullarından istifadə edən müştərilərinə “Hər şey daxil” tipli “Təməl”, “Uğur”, “İnkişaf” ,“Zirvə”, “Hədəf” tarif paketlərini, milli valyutada əməliyyatlara üstünlük verən müştəriləri üçün isə “Sərfəli” tipli “XS”, “S”, “M”, “L”, “XL” tarif paketlərini təqdim edir.
Kapital Bank, tarif paketlərindən başqa mübadilə, məxaric və mədaxil tipli seqmentləşdirilmiş əməliyyatları əhatə edən “Valyuta Mübadiləsi”, “Hesabdan Məxaric” və “Əmək Haqqı” adlı paket əlavələrindən yararlanma imkanı yaradıb.
Sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini və paket əlavələrini rahatlıqla seçim imkanına malikdirlər.
Qeyd edək ki, tarif paketləri və paket əlavələri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.