1 aprel 2020-ci il saat 11.00-da ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı, M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: "Kapital Bank"dan iş adamları və rəqib banklara sürpriz – YENİ MƏHSULLAR
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə “Kapital Bank” ASC-nin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, “Kapital Bank” ASC tərəfindən 2019-cu ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə 2020-ci il aprelin 1-dək “Kapital Bank” ASC-nin rəsmi internet saytında tanış ola bilərlər.
Xatırladaq ki, “Kapital Bank” 2019-cu ilin 4-cü rübündə 134 milyon 708 min manat xalis mənfəət əldə edib.