“Kapital Bank”ın 2024-cü ilin üçüncü rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
“Kapital Bank” ölkənin bank sistemində gəlirlərin payında olduğu kimi xərclərində payının ən çox olduğu bankdır. Bankın ümumi xərcləri 728 milyon 365 min manat təşkil edir.
Beləki hesabat dövrünün üçüncü rübündə bankın xərclərinin ən böyük hissəsi 41%-i digər qeyri-faiz xərclərindən formalaşıb – 299 milyon 368 min manat.
Əmək haqqı xərcləri isə ümumi xərclərin 25%-i qədər 184 milyon 164 min manat təşkil edib.
Bank inizbati xərclərə 54 milyon 964 min manat pul xərcləyib, başqa sözlə ümumi xərclərin 8%-i qədər.
Daha 31 milyon 239 min manat xərc isə amortizasiya xərcləri üzrə yaranıb və ümumi xərclərin 4%-i həcmində olub.
Depozitlər üzrə faiz xərcləri bankın ümumi xərclərinin 16%-lik hissəsi qədər olub - 114 milyon 642 min manat.
Digər mənbələrdən olan xərclər az faiz təşkil edir - cəlb olunmuş kreditlərə görə ödənilən faiz xərcləri 3% - 24 milyon 792 min manat, digər-faiz xərcləri 3% - 19 milyon 196 min manat.
Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
114 642 |
16% |
AMB kredit xərci |
|
|
Kredit faizləri |
24 792 |
3% |
QK- faiz xərci |
|
|
Digər faiz xərcləri |
19 196 |
3% |
Qeyri -faiz xərcləri |
||
İnzibati xərclər |
54 964 |
8% |
Əmək haqqı xərcləri |
184 164 |
25% |
Amortizasiya xərcləri |
31 239 |
4% |
Digər qeyri faiz xərcləri |
299 368 |
41% |
Cəmi : |
728 365 |
100% |