Kapital bankın 2023-cü ilin dördüncü rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
Kapital bank ölkənin bank sistemində gəlirlərin payında olduğu kimi xərclərində payının ən çox olduğu bankdır. Bankın ümumi xərcləri 759 milyon 594 min manat təşkil edir.
Beləki hesabat dövrünün dördüncü rübündə bankın xərclərinin ən böyük hissəsi 45%-i digər qeyri-faiz xərclərindən formalaşıb – 348 milyon 738 min manat.
Əmək haqqı xərcləri isə xərclərin 27%-i qədər 208 milyon 733 manat təşkil edib.
Bank inizbati xərclərə 54 milyon 127 min manat pul xərcləyib, amortizasiya xərci isə bu məbləğdən bir qədər az 32 milyon 403 manat təşkil edib. İnzibati xərclər ümumi xərclərin 7%-i həcmində, amortizasiya xərcləri isə ümumi xərclərin 4%-i həcmində olub.
Digər mənbələrdən olan xərclər az faiz təşkil edir - cəlb olunmuş kreditlərə görə ödənilən faiz xərcləri 3% - 24 milyon 115 min manat, digər-faiz xərcləri 1% - 6 milyon 730 min manat, depozitlər üzrə faiz xərcləri 11% - 80 milyon 370 min manat, qiymətli kağızlar üzrə faiz xərci 1% - 4 milyon 325 min manat və Azərbaycan Mərkəzi bankı qarşısında yaranan kredit xərci 1% - 53 min manat olub.
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
İnzibati xərclər |
54 127 |
7% |
Əmək haqqı xərcləri |
208 733 |
27% |
Depozitlər üzrə faizlər |
80 370 |
11% |
Kredit faizləri |
24 115 |
3% |
QK- faiz xərci |
4 325 |
1% |
AMB kredit xərci |
53 |
1% |
Amortizasiya xərcləri |
32 403 |
4% |
Digər faiz xərcləri |
6 730 |
1% |
Digər qeyri faiz xərcləri |
348 738 |
45% |
Cəmi |
759 594 |
100% |