“Kapital Bank” ötən il gəlirlərini əhəmiyyətli dərəcədə artırıb.
“Bank Melli İran” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə Azərbaycanın ən iri banklarından olan “Kapital Bank”ın gəlir mənbələrini araşdırıb.
Azərbaycanda sistem əhəmiyyətli banklar açıqlandı – SİYAHI, TƏLƏBLƏR
2025-ci il ərzində “Kapital Bank”ın ümumi gəlirləri 1 milyard 881 milyon manat olmaqla rekord vurub. Gəlirlərin 951 milyon manatı kredit portfeli üzrə faiz gəlirlərindən olub. Bu məbləğ 2024-cü ilə nisbətən 35,4% artım göstərib. Ümumilikdə bankın bütün gəlirlərinin 51%-i kreditlərdən formalaşan faiz gəlirləri olub.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
Bankın komissiya haqları üzrə gəlirləri də ənənəvi olaraq yüksəkdir – 2025-ci ildə bu göstərici 638 milyon manatla ümumi gəlirlərin 34%-ni təşkil edib. Bu gəlirlər də illik müqayisədə 13,5% artıb.
«Kapital Bank»ın üçüncü ən böyük gəlir mənbəyi qiymətli kağızlara (QK) investisiyadan olub, bu dövrdə bank birjalardan 187 milyon gəlir əldə edib ki, bu da ümumi gəlirlərin 10%-ni təşkil edib. Əsas odur ki, QK-a investisiyalardan gəlirlər illik müqayisədə 2,2 dəfə artıb.
Digər gəlir mənbələri isə nisbətən kiçik yer tutur, amma məbləğ olaraq bu da yüksəkdir. Məsələn «Kapital Bank» valyuta əməliyyatlarından 50 milyon manat gəlir lədə edib. Ötən illə müqayisədə 4% azalma olsa da, ümumi gəlirlərin 3%-ini tutur.
Digər banklara depozitlərdən gəlirlər 18 milyon 121 min manat, digər banklara kreditlərdən gəlirlər 2 milyon 736 min manat olub.
Digər faiz gəlirləri 21 milyon manat, digər qeyri-faiz gəlirləri 13 milyon manat təşkil edib ki, bu mənbələr ümumi gəlirlərin 3% hissəsini tutub.
2024-cü illə müqayisədə digər faiz gəlirləri 22,7%, digər qeyri-faiz gəlirləri 52%, digər banklara kreditlərdən gəlirlər 2,6 dəfə artıb, digər banklara depozitlərdən gəlirlər isə 47,3% azalıb.
2024-2025-ci illər ərzində “Kapital Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
702 132 |
48% |
950 972 |
51% |
35,40% |
|
QK-a investisiyadan gəlir |
85 178 |
6% |
186 978 |
10% |
2,2 dəfə artım |
|
Digər banklara depozitlərdən gəlirlər |
34 374 |
2% |
18 121 |
1% |
-47,30% |
|
Digər banklara kreditlərdən gəlirlər |
1 036 |
0% |
2 736 |
0% |
2,6 dəfə |
|
Komissiya haqları |
562 524 |
38% |
638 327 |
34% |
13,50% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
51 805 |
3% |
49 648 |
3% |
-4% |
|
Digər faiz gəlirləri |
27 537 |
2% |
21 274 |
1% |
22,70% |
|
Digər qeyri-faiz gəlirləri |
8 813 |
1% |
13 393 |
1% |
52,00% |
|
|
|||||
|
Cəmi gəlirlər |
1 473 399 |
100% |
1 881 449 |
100% |
27,70% |












