Kapital Bank pandemiya dövründə sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə POS terminal komissiyalarını aşağı salıb. Güzəşt müddəti 30 sentyabr 2020-ci il tarixinədək davam edəcək.
FED.az xəbər verir ki, şərtlərə görə Kapital Bank-ın e-commerce və POS terminallarında həm Kapital Bank-a məxsus kartlar, həm də digər bankların kartları üçün hazırda tətbiq olunan komissiya faizinə 50%-dək endirim tətbiq edilir. Bunu etməklə Bank, hər zaman sahibkarları dəstəklədiyini, vəziyyətdən asılı olmayaraq optimal şərtlər təqdim etməsini bir daha sübut edir.
Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255-01-96 qaynar xəttinə müraciət edə bilərlər. Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir və hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.