“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin sayı 31 dekabr 2020-ci il tarixdə 3 620 nəfər təşkil edib.
Eləcə də bax: “Kapital Bank”ın törəməsi - “Umico”da Pay Aldı
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın hesabatında bildirilir.
Ötən ilin müvafiq dövründə “Kapital Bank”ın işçilərinin sayı 3 250 nəfər olub ki, bu da bankın işçi heyətinin illik müqayisədə 370 nəfər artması deməkdir.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb.