Kapital bank işçilərinin və səhmdarlarının sayını açıqlayıb. FED.az xəbər verir ki, 01.04.2018-ci il tarixinə bankın işiçilərinin sayı 2874 nəfər təşkil edib. Ötən ilin sonunda bu göstərici 2814 nəfər olub. Beləliklə bankın işçiləri ötən ilin sonundan bu yana 60 nəfər artıb.
Bankın ümumilikdə səhmdarlarının sayı 189 du. Səhmdarlardan biri hüquqi şəxs , 188 isə fiziki şəxslərdir.
Bankın səhmlərinin 99.86% -I "PAŞA Holdinqə" məxsusdur. 0.13% isə fiziki şəxslərə məxsusdur.
Həmçinin Kapital Bank 12.50% la Azərbaycan Kredit Bürosu MMC də , 100% payla isə BirKart BOKT MMC də səhmdarıdır.