Kapital Bank
Nəzarət Departamentinin Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət Departamentinin Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət edilməsi;
• Biznes proseslərin analizi, qiymətləndirilməsi və çatışmazlıqların aşkar edilməsi;
• Maliyyə və əməliyyat nəzarəti şöbəsi üçün zəruri hesabatların hazırlanması;
• Hesabatların alqoritmlərini yazaraq avtomatlaşdırılması;
• Hesabatların analizi.
Tələblər
• Ali təhsil;
• Maliyyə və ya riyazi sahə üzrə ixtisas;
• Bank qanunvericiliyi ilə bağlı biliklər;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
• Microsoft Office (Excell) üzrə biliklər;
• Proqramlaşdırma və hesabatlıq (SQL) üzrə təcrübəsi;
• Rus və İngilis dillərini bilməsi arzu olunandır;
• Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
• Proqramlaşdırma dilləri üzrə bilikləri;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Fərdi və komanda ilə işləmək qabiliyyəti;
• Qərarvermə və problem həlletmə qabiliyyəti.
CV-lərinizi, mövzu hissəsində “Nəzarət Departamenti/Maliyyə və əməliyyat nəzarəti şöbəsi/ Aparıcı mütəxəssis/Baş mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.