Kiçik və Orta Sahibkarlarla İş Şöbəsinin Müştəri Meneceri
Vakansiya haqqında məlumat
Kapital Bank namizədləri Korporativ Satışlar Departamentinin Kiçik və Orta Sahibkarlarla İş Şöbəsində Müştəri Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ümumi məlumat
Potfelindəki müştərilərlə əlaqələri idarə edir, onlara maliyyə məsləhətləri verir və müştərilərdən bank məhsulları üzrə sifarişləri qəbul edir. Müvafiq həcmdə illik dövriyyəsi olan yeni müştəriləri banka cəlb edir. Müştərilərə əsas məhsulları (1. Kredit/kredit xətti; 2. Qarantiya və akkreditiv; 3. Faktorinq; 4. Əmək haqqı layihəsi; 5. Digər məhsullar) təklif edir.
Öhdəliklər
• Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (Kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
• Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
• SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
• Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
• Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
• Ali iqtisadi təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
• Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
CV-lərinizi, mövzu hissəsində “KOS-Müştəri Meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.