Kapital Bank namizədləri Maliyyə menecmenti departamentinin Maliyyə uçotu şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər :
• Bankda maliyyə uçotunun düzgün təşkilinə nəzarət
• Uçotdakı problemlərin həlli istiqamətində işlər
• Bank daxili hesabların açılması
• Bank daxili hesablara nəzarət
Tələblər :
• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında biliklər;
• Yüksək Bank uçot bilikləri;
• Maliyyə sahəsində ali təhsil və müvafiq sertifikatlar;
• MS Office proqramları üzrə biliklər. Yüksək səviyyədə MS Excel bilikləri;
• SQL və Bİ Tool bilikləri arzu olunandır.
• Məsuliyyət, düzgünlük, dəqiqlik, operativlik, təzyiqə davamlılıq, detallara diqqət yetirmək qabiliyyəti;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində" Maliyyə menecmenti departamentinin Maliyyə uçotu şöbəsinin aparıcı mütəxəssisi " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.