“Maliyyə Menecmenti” Departamentinin Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis
Ümumi məlumat
Kapital Bank namizədləri Maliyyə Menecmenti Departamentində Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bank üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
 - Bank strategiyasının həyata keçirilməsinə dəstək məqsədi ilə dövri olaraq xarici və daxili mühitin təhlili;
 - Bank üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
 - Bank üçün strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsi;
 - Mövcud şəraiti nəzərə almaqla yeni biznes imkanlar barəsində ideyaların təklif edilməsi;
 - Qurulmuş kanal və vasitələr ilə Strategiyanın izlənməsi və monitorinqi;
 - Problemlərin strukturlaşdırılmış həlli proseslərinin və layihələrin idarəedilməsi bacarıqlarının strateji layihələrdə tədbiq edilməsi;
 - Aşkar edilmiş məqamlar barədə tövsiyyələrin və təhlinin maraqlı tərəflər üçün hazırlanıb işlənməsi;
 - Bütün Bankı əhatə edəcək Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılması;
 - Korporativ mərkəz daxilində illik əməliyyat planlama prosesində iştirak;
 
Tələblər
- Strateji layihələrin müstəqil idarəedilməsində təcrübə;
 - Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı;
 - Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı;
 - Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı;
 - Sahibkarlıq ruhu və yaradıcılıq qabiliyyəti;
 - Güclü kritik düşünmə və biznesə maraq;
 - Mükəmməl yazılı və şifahi ünsiyyətqurma və təqdimat bacarığı;
 - Yüksək səviyyədə şəxsi keyfiyyətlər;
 - MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi;
 
CV-lərinizi, mövzu hissəsində “Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.




                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







