Maliyyə Menecmenti Departamentinin Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis
Ümumi məlumat
Kapital Bank namizədləri Maliyyə Menecmenti Departamentində Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bank üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
• Bank strategiyasının həyata keçirilməsinə dəstək məqsədi ilə dövri olaraq xarici və daxili mühitin təhlili;
• Bank üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
• Bank üçün strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsi;
• Mövcud şəraiti nəzərə almaqla yeni biznes imkanlar barəsində ideyaların təklif edilməsi;
• Qurulmuş kanal və vasitələr ilə Strategiyanın izlənməsi və monitorinqi;
• Problemlərin strukturlaşdırılmış həlli proseslərinin və layihələrin idarəedilməsi bacarıqlarının strateji layihələrdə tədbiq edilməsi;
• Aşkar edilmiş məqamlar barədə tövsiyyələrin və təhlinin maraqlı tərəflər üçün hazırlanıb işlənməsi;
• Bütün Bankı əhatə edəcək Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılması;
• Korporativ mərkəz daxilində illik əməliyyat planlama prosesində iştirak;
Tələblər
• Strateji layihələrin müstəqil idarəedilməsində təcrübə;
• Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı;
• Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı;
• Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı;
• Sahibkarlıq ruhu və yaradıcılıq qabiliyyəti;
• Güclü kritik düşünmə və biznesə maraq;
• Mükəmməl yazılı və şifahi ünsiyyətqurma və təqdimat bacarığı;
• Yüksək səviyyədə şəxsi keyfiyyətlər;
• MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi;
CV-lərinizi, mövzu hissəsində “Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.