Kapital Bank namizədləri aşağıdakı Korporativ Satışlara Dəstək Departamentinin Biznesə Dəstək Şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi və Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Müştərilərə güzəştli tariflərin təyin edilməsi ilə bağlı bütün sənədləri hazırlamaq, müraciətlər üzrə reyestr aparmaq;
• Korporativ müştərilər üzrə daxil olan sorğuları qəbul etmək, müvafiq qaydada araşdırmaq, cavablandırmaq və lazımi struktur orqanlarla əlaqələndirmək;
• Ödəniş kartları üzrə iş prosesində iştirak etmək;
• Şöbənin cari işlə bağlı digər tapşırıqlarını icra etmək və s.
Tələblər:
• Ali təhsil;
• Xarici valyuta köçürmələrinə dair təlimat və qanunlar üzrə biliklər;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Bankda korporativ müştərilərlə iş üzrə təcrübə - ən azı 1 illik iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dil bilikləri;
• MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmə bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Korporativ Satışlara Dəstək” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.