Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Təhlil Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Anderraytinq və kollekşn modellərinin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsində iştirak etmək;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
• İFRS standartlarına və MBNP tələblərinə uyğun olaraq ehtiyatların hesablanmasında iştirak etmək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.
Tələblər
• Maliyyə, kompyuter elmləri, tətbiqi riyaziyyat və ya iqtisadi sahədə ali təhsilli;
• Statistika və proqramlaşdırma üzrə biliklər, SQL üzrə praktiki biliklər arzuolunandır;
• Yüksək səviyyədə MS Excel biliklərinin olması tələb olunur;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Komanda tərkibində işləmə qabliyyəti;
• Vaxtdan səmərəli istifadə qabiliyyəti;
• Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
• Bank sahəsində ən azı 1 illik iş təcrübəsi tələb olunur.
CV-lərinizi, mövzu hissəsində “Təhlil şöbəsi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.