Kapital Bank
Hüquq departamentinin Arxiv şöbəsinin Meneceri
Ümumi məlumat
Kapital Bank namizədləri Hüquq departamentinin Arxiv şöbəsinin Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankın struktur bölmələri üzrə olan sənədləri tarix və aidiyyəti üzrə qruplaşdırmaq, qovluqlara yerləşdirmək və reyestrini tərtib etmək;
• Bəzi arxiv sənədlərini elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirmək və sorğu verən idarəetmə orqanına, struktur bölməyə elektron poçt vasitəsi ilə göndərmək;
• Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədlərin müvəqqəti istifadə üçün sorğu verən şəxslərə təhvil verilməsini təmin etmək;
• Saxlanma müddəti başa çatmış sənədlərin məhv edilməsini təmin etmək və bu barədə müvafiq akt tərtib etmək;
• Şöbənin işini planlaşdırmaq və şöbə əməkdaşların gündəlik iş bölgüsünü müəyyən etmək.
Tələblər
• Ali təhsil;
• Arxiv sahəsində 5 il iş təcrübəsi;
• Yüksək kommunikasiya bacarıqları;
• Profesional kompyuter bilikləri (Ms Office);
• Bankçılıq sahəsi haqqında əla biliklər;
• Tez öyrənmə bacarıqları, problemlərin həll etmə qabiliyyəti;
• Detallara diqqət və dəqiqlik.
Uyğun namizədlərdən CV-lərini [email protected] e-poçtuna mövzu hissəsində “Arxiv şöbəsinin Meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.