FED.az xəbər verir ki, Kapital Bank namizədləri Bank Məhsulları Departamentinin Korporativ Məhsullar Şöbəsinin KOS (SME) Məhsullarının İnkişafı üzrə Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ümumi məlumat
Kiçik və Orta Sahibkarlıq (SME) seqmenti üçün məhsulların, xidmətlərin və biznes proseslərin inkişafı və idarə olunmasını həyata keçirir. Qeyd olunan məhsulların və xidmətlərin daimi inkişafını təmin etmək üçün bazar araşdırmasını həyata keçirir. Məhsulların rəqəmsallaşdırılmasında iştirak edir. KOS (SME) Satış komandası ilə qarşılıqlı əlaqələr yaradır.
Eləcə də bax : "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "Maliyyə Bazarlarına Nəzarət Palatası" işçi axtarır - VAKANSİYA
Öhdəliklər
- KOS (SME) məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daima yeniləmək;
- Məhsulların filiallara təqdim edilməsi üçün təlim materiallarının, broşurların, təlimatların hazırlanılması;
- Müştərilərin sahibkarlıq fəaliyyəti üzrə innovativ servislərin yaradılması;
- Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə KOS (SME) satış komandası və filiallarla daimi əlaqədə olmaq;
- Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
- KOS (SME) məhsulları sahəsində biliklərinin daimi inkişafına çalışmaq.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil;
- Yüksək ünsiyyətqurma bacarıqları;
- Yüksək analitik düşünmə və riyazi təhlil qabiliyyəti;
- KOS (SME) məhsulların və xidmətlərin yaradılmasında ən azı 2 illik iş təcrübəsi;
- KOS (SME) məhsullarının satışı üzrə iş təcrübəsi arzuolunandır;
- Maliyyə uçotu və vergi qanunvericiliyi üzrə biliklər olması arzuolunandır;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi.