Kapital Bank namizədləri Daxili Audit Departamentinin Auditoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İmkanlar
• Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək;
• Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak;
• Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə.
Öhdəliklər
• İllik Audit Planına əsasən həyata keçirilən audit yoxlamalarında iştirak etmək;
• Yoxlama nəticələrini dəstəkləyən məlumatları toplamaq, təhlil və şərh etmək, sənədləşdirmək;
• Biznes prosesləri yoxlamaq üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək;
• Audit hesabatlarının yazılmasında iştirak etmək.
Tələblər
• Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil;
• Bank sahəsində min. 3 illik iş təcrübəsi;
• Ünsiyyətqurma və təhlil qabiliyyəti;
• Mükəmməl yazı bacarığı.
• Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri.
Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Daxili Audit Departamentinin Auditoru” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.