Kapital Bank
İnzibati İdarəetmə Departamentində Anbardar
Ümumi məlumat
Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Anbardar vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Anbara nəzarət və mövcud sistemin idarə olunması
- Anbar sistemində bütün mövcud məhsulların araşdırılması
- Sistemdə mövcud datanın araşdırılması
- Anbarda mövcud olan malların növünə görə düzgün sistemləşdirilməsini təmin etmək
- Gündəlik tələblər üzrə məhsulların yoxlanılıb təsdiqlənməsi
Tələblər
- Ali təhsil;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Komandada işləmə bacarığı və dəqiqlik;
- Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
- Sahə üzrə 2-3 illik iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office proqramlarının biliyi
CV-lərinizi, mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.