Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi
“Kapital Bank”-ın Satış kanalları şöbəsində Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi (Bakı şəhəri üzrə) vakansiyası açıq elan olunur!
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Öhdəliklər
- Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər
- Ali təhsil
- Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
- MS Office proqramları üzrə biliklər
- Komanda tərkibində işləmək bacarığı
- Əla səviyyədə Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır
- Bölgələrə mütəmadi ezamiyyə imkanı olan
CV-lərinizi, bu filiala və ya mövzu hissəsində “Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Telefon mərkəzində TƏCRÜBƏ PROQRAMI
Vakansiya haqqında məlumat:Ünsiyyətcil, çalışqan, iddialı və təcrübə qazanmağa həvəslisiz?
“Kapital Bank” ASC potensiallı gənclərə dəstək olmaq məqsədi ilə Telefon mərkəzində TƏCRÜBƏ PROQRAMI elan edir!
Kimlər müraciət edə bilər?
Hal-hazırda təhsil alan və gələcək karyerasını bank sektorunda qurmaq istəyən gənclər.
Əla səviyyədə Azərbaycan və Rus, yaxşı səviyyədə İngilis dili biliyi önəmlidir.
Necə müraciət etməli?
CV formanızı mövzu bölməsində “Telefon mərkəzi - Təcrübə proqramı” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.
----
Satış bölməsinin mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı filiallara Satış bölməsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Ağcabədi, Ağdam, Xaçmaz, Cəbrayıl, Beyləqan, Goranboy, Hacıqabul, İmişli, Xızı
Öhdəliklər
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
- Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;
Tələblər
- Ali iqtisadi və ya riyazi təhsil
- Analitik düşüncə
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Satış bölməsi" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!
Nümunə: Ağdam - Satış bölməsi
___
Layihə Meneceri
Ümumi məlumat
Kapital Bank namizədləri İnsan Resurslarının İdarə edilməsi Departamentində Layihə Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Proseslərin qiymətləndirilməsi və inkişaf etdirilməsi daxil olmaqla İnsan Resurslarının İdarə Edilməsi üzrə layihə planlarının hazırlanması, yenilənməsi, koordinasiya və idarə edilməsi;
- İnsan Resurslarının İdarə edilməsi üzrə layihə qrupunun toplanılması, rolların müəyyənləşdirilməsi, tapşırıqların prioritetləşdirilməsi, nəticələrin təhlili, dəyişikliklərin test edilməsi, müvafiq həll yolları üçün təklif və qərarların verilməsi, nəticələrin aidiyyatı strukturlarla bölüşülməsi;
- Layihələrin idarə edilməsi istiqamətində tövsiyyə olunan proses dəyişiklikləri ilə bağlı heyət üzvləri və funksional rəhbərlərlə əməkdaşlığın qurulması;
- Dəyişikliklərin idarə olunması və kommunikasiyası istiqamətində əməkdaşlığın qurulması;
- Uğurlu təcrübənin təminatı kimi bilik, proses və texnologiyanın optimal şəkildə tətbiq edilməsi üçün tövsiyyələrin verilməsi.
Tələblər
- Ali təhsil;
- İnsan Resurslarının İdarə edilməsi üzrə geniş iş təcrübəsi;
- Əla ünsiyyət bacarıqları;
- Azərbaycan, rus və ingilis dillərində səlis ünsiyyət bacarığı;
- İstedadların İdarə Olunması, Fəaliyyətin Qiymətləndirilməsi və s. üzrə təcrübə arzuolunandır;
- Layihələrin idarə edilməsi üzrə təcrübə arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə [email protected]e-mail ünvanına göndərə bilərsiniz.
_____
Satış (Kredit) bölməsinin mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı filiallara Satış bölməsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Ağcabədi, Ağdam, Xaçmaz, Cəbrayıl, Beyləqan, Goranboy, Hacıqabul
Öhdəliklər
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
- Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;
Tələblər
- Ali iqtisadi və ya riyazi təhsil
- Analitik düşüncə
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Satış bölməsi" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!
____
Məlumat xidməti - Reception
Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı regionlar üzrə Müştəri Əlaqələndiricisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Xaçmaz, Yevlax, Neftçala, Bakı
Öhdəliklər
- Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi
- Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi
- Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi
Tələblər
- Ali təhsil
- Səbirli, təmkinli, təzyiqə davamlı
- Ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı, Gəncə və Sumqayıt filialları üzrə)
- MS Office proqramları üzrə biliklər
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Məlumat xidməti / Reception" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
_____
Kassir
Ümumi məlumat
Kapital Bank namizədləri Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin Gəncə Zona Mərkəzində və Mərkəzi Xəzinədə Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Yerli struktur bölmələrə və onlardan nağd pul daşımalarını həyata keçirən inkassasiya briqadalarının tərkibində iştirak etmək
- Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
- Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək
- Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını və bankomat kassetlərinə müvafiq qaydada doldurulmasını həyata keçirmək;
- Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
- Kassirdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edərək, mühasibat sənədləri ilə üzləşdirmək və imzalamaq;
- Gün ərzində yerli struktur bölmələrdən Mərkəzi kassaya daxil olan nağd pulun nominallar üzrə uçotunun aparılması və s.
Tələblər
- Ali təhsil;
- Həqiqi Hərbi xidməti bitirmiş
- Bank sahəsində nağd vəsaitlə 3-5 illik iş təcrübəsi;
- Yüksək rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik və nizam-intizamlılıq;
- MS Excel proqramı üzrə əla biliklər.
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Mərkəzi Xəzinədə Kassir" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!
____
Əməliyyat üzrə mütəxəssis
Ümumi məlumat
Kapital Bank namizədləri Ağcabədi, Yevlax, Şirvan, Hacıqabul və Beyləqan filiallarının Xidmət bölməsində Əməliyyat üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Müştərilərə xidmət
- Sürətli pul köçürmə əməliyyatlarının aparılması
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı
- Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
- Ödəniş kartları üzrə əməliyyatların aparılması
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Gərgin iş qrafikində işləmək bacarığı
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Əməliyyat üzrə mütəxəssis” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.
____
Kassa üzrə mütəxəssis
Ümumi məlumat
Kapital Bank namizədləri Ucar, Yevlax, Biləsuvar filiallarının Xidmət bölməsində Kassa üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
- Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
Tələblər
- Ali təhsil
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
- Azərbaycan dilində sərbəst danışmaq bacarığı
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Nəğd pulla intensiv işləmə bacarığı
- Gərgin iş qrafikində işləmək bacarığı
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Kassa üzrə mütəxəssis” qeyd etməklə[email protected] e-mail ünvanına göndərə bilərsiniz.
_____
Satış bölməsinin Rəhbəri
Ümumi məlumat
Kapital Bank namizədləri Bakı şəhərində yerləşən filiallarda Satış bölməsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Bölməyə rəhbərlik еtmək;
- Satış hədəflərinə əsasən öz səlahiyyətləri çərçivəsində satış planlarını yerinə yetirmək;
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
- Vəzifə təlimatı çərçivəsində rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;
Tələblər
- Ali iqtisadi və ya riyazi təhsil
- Sahə üzrə minumum 3 il iş təcrübəsi
- Analitik düşüncə
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
CV-lərinizi "Bölmə rəhbəri" başlığını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.