Kassir
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin Gəncə Zona Mərkəzində və Mərkəzi Xəzinədə Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Yerli struktur bölmələrə və onlardan nağd pul daşımalarını həyata keçirən inkassasiya briqadalarının tərkibində iştirak etmək
- Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
- Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək
- Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını və bankomat kassetlərinə müvafiq qaydada doldurulmasını həyata keçirmək;
- Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
- Kassirdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edərək, mühasibat sənədləri ilə üzləşdirmək və imzalamaq;
- Gün ərzində yerli struktur bölmələrdən Mərkəzi kassaya daxil olan nağd pulun nominallar üzrə uçotunun aparılması və s.
Tələblər
- Ali təhsil;
- Həqiqi Hərbi xidməti bitirmiş
- Bank sahəsində nağd vəsaitlə 3-5 illik iş təcrübəsi;
- Yüksək rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik və nizam-intizamlılıq;
- MS Excel proqramı üzrə əla biliklər.
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Mərkəzi Xəzinədə Kassir" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!