Ölkənin birinci bankı Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə ölkəmizdə 5-ci dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” baş tutdu. 150-dən çox şirkətin iştirak etdiyi sərginin təşkilatçıları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group” idi.
FED.az xəbər verir ki, sərginin açılış tədbirində çıxış edən Kapital Bank-ın İdarə heyətinin üzvü, Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə tədbiri sahibkarlığın inkişafı istiqamətində atılan önəmli addımlardan biri kimi dəyərləndirib. “Sahibkarlığın inkişafı prioritetlərimizdən biridir. Hazırda Kapital Bank-ın 44 000 aktiv mikro və korporativ müştərisi var. Onlar üçün yaradılan imkanlardan danışsaq individual olaraq formalaşdırılan “Maestro” tarifini mütləq qeyd etməliyəm. Hazırda 1500 müştəri bu tarifdən yararlanaraq xərclərinə 970 000 manat qənaət edib. Rəqəmsallaşmanın tətbiqi ilə təkcə ötən il onlayn olaraq 26 000 sayda kredit rəsmiləşdirmişik. Bundan əlavə, ötən il ərzində başdan başa onlayn şəkildə 2970 sayda 18 milyon manat məbləğində qarantiya məktubu rəsmiləşdirilib. Eləcə də biz müştərilərimizə tam onlayn şəkildə hesab açmaq imkanını da yaratmışıq. İmkanlar olduqca genişdir və biz bu istiqamətdə məhsullarımızı inkişaf etdirməyə davam edirik. Bildiyiniz kimi biz artıq doğma Qarabağımızda Xankəndi, Laçın, Zəngilanda da fəaliyyətə başlamışıq və burada da sahibkarların yanındayıq. Məqsədimiz hər bir sahibkara onun profilinə uyğun, işini asanlaşdıracaq, vaxtına qənaət edəcək bank məhsullarını təklif edə bilməkdir”.
Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. Kapital Bank-ın da hər il dəstək olduğu sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/