Daha öncə məlumat verdiyimiz kimi, Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün TəhsilPlus layihəsinə start verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdimatı ötən il başlanılan layihənin hazırlıq mərhələsi artıq yekunlaşıb. Təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim edən TəhsilPlus kartı ilk olaraq 2022-2025-ci illərdə keçirilən sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən, fəaliyyətləri ilə seçilən müəllimlərə təqdim edilib. Qeyd edək ki, layihə təhsilin bütün pillələri üzrə çalışan 450 minə yaxın pedaqoji və inzibati heyəti əhatə edir. TəhsilPlus təhsil işçilərinə əməkhaqqı, debet və giriş kartı olmaqla 3 funksiyanı 1 kartda təqdim edir.
Təqdimetmə mərasiminin baş tutduğu tədbirdə aidiyyatı dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. “Müasir dövrdə maliyyə alətləri sadəcə ödəniş vasitəsi deyil, gündəlik həyatın rahatlığını təmin edən funksional platformadır. TəhsilPlus kartı vasitəsilə təqdim etdiyimiz güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi müəllimlərimizin gündəlik həyatına real töhfə verəcək. Bu layihənin ən önəmli tərəflərindən biri isə onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür. Bizim məqsədimiz sadəcə kart təqdim etmək deyil, eyni zamanda təhsil işçiləri üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaratmaqdır”.
“Mastercard”ın Biznes inkişafı üzrə vitse-prezidenti Engin Yaşar isə qeyd edib: “Biz inanırıq ki, innovasiya maliyyə inklüzivliyi ilə paralel şəkildə inkişaf etməlidir. TəhsilPlus kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaradır. Azərbaycanda güclü tərəfdaşlıqlar vasitəsilə biz maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam edirik”.
Rəsmi hissənin ardından TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin “Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.












