“Kapital Bank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.
Pərvin Məmmədov PAŞA Bank Georgia-nın İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, 2023-cü ilin noyabr ayından etibarən Kamal Abdullayev Kapital Bank-ın İdarə Heyətinin üzvü və Baş Komplayens İnzibatçısı təyin edilib.
Bank sektorunda böyük təcrübəyə malik olan Kamal Abdullayev bakalavr təhsilini Qərb Universitetində Beynəlxalq hüquq üzrə alıb. Daha sonra təhsilini Milli Aviasiya Akademiyasında Mühəndis-iqtisadçı ixtisası üzrə davam etdirib. O, magistr təhsilini “IE Business School” da başa vurub.
Peşəkar fəaliyyətinə 2001-ci ildə başlayan Kamal Abdullayev BP, PAŞA Bank kimi şirkətlərdə böyük təcrübə qazanıb. O, 2013-cü ildə Kapital Bank komandasına Komplayens departamentinin direktoru olaraq qoşulub. Daha sonra Baş Komplayens İnzibatçısı, eləcə də Hüquq və Komplayens İdarəsinin baş direktoru vəzifələrini icra edib.