Kapital Bank-ın aktivləri 1 yanvar 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. FED.az xəbər verir ki, bu barədə Kapital Bank-dan məlumat verilib.
Qeyd edək ki, 2016-cı ilin sonunda Kapital Bank-ın aktivləri 2 milyard 923 milyon manat, 30 Sentyabr 2017-ci il tarixində isə 3 milyard 25 milyon 135.73 manat təşkil etmişdi.
2017-ci ilin sonuna müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.
Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Qeyd edək ki, məlumatlar Kapital Bankın Mətbuat xidməti tərəfindən açıqlanıb. Hesabatlar açıqlandıqdan sonra Bankın maliyyə göstəriciləri barədə daha ətraflı məlumatı təqdim edəcəyik.