ASC “Xalq Bank”-ın idarəslərindən birinə (departament əvəzi) yeni rəis təyin olub.
FED.az xəbər verir ki, bu barədə bankdakı mənbə məlumat verib.
Məlumata görə, “Xalq Bank”ın İnformasiya texnologiyaları idarəsinin yeni rəisi kimi Əli Axundov təyin olunub.
Bildirək ki, O, bu günə qədər “AzəriKart” MMC və “Kapital Bank” ASC-də İT üzrə rəhbər vəzifələrdə çalışıb.