Kapitaı Bank aşağıdakı vəzifələr üzrə vakansiyalar elan edir.
Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
- Modellər üçün məlumatların əldə olunması və emal olunması;
- Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
- Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
- Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
- Modellər üzrə hesabatların hazırlanması.
Tələblər
- İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
- Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
- Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
- İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Komandada işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin ERM risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
- Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
- Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
- Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
- Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
- Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
- Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.
Tələblər
- İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
- Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 3-4 il iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
- Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edir;
- Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
- Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
- Rol matrislərin yaradılması və onlara edilən dəyişikliklərlə bağlı rəy vermək;
Tələblər
- Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili
- Təcrübə: bank sektorunda ən azı 4 il , funksiya üzrə 2 il
- Kompyuter biliyi: Microsoft Excel, Word, Outlook
- Dil bilikləri: Azərbaycan, İngilis, (əlavə xarici dil bilikləri alqışlanır)
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə aparıcı mütəxəssis / baş mütəxəssis
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə Aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
- Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
- Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
- Statistik modellərin hazırlanması.
Tələblər
- İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
- Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kapital Bank namizədləri Bakı filialları üzrə İpoteka üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər :
- Bankın daxili qaydalarına əsasən, İH-nin qəbul etdiyi Xidmət bölməsinin mütəxəssislərinin satış hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində ipoteka üzrə satış planlarını yerinə yetirir.
- Bankın daxili qaydaları və tarifləri üzrə ipoteka kreditləri, cari hesabların açılması üzrə ərizələri qəbul edir və müvafiq qaydada icrasını həyata keçirir, çarpaz satışa dəstək edir.
- Müştərilərin sifarişinə əsasən təhlil aparır və ipoteka kreditini rəsmiləşdirir
- Verilmiş ipoteka ipoteka kreditilərin və problemli ipoteka kreditiləri üzrə öhdəliklərinin vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatının göstəricilərinə əsaslanaraq təqib aparır.
- Ipoteka krediti portfelini gecikmələr üzrə tələb olunan keyfiyyət standartında saxlayır
Tələblər :
• Ali təhsil
• İpoteka sahəsində ən azı 3 il təcrübə (mütəxəssis 2 il staj)
• İpoteka və Kredit Zəmanət Fondu xətti ilə rəsmiləşdirilən kreditlər və sənədləşməsi üzrə yüksək biliklərə malik olmalı
• Maliyyələşm prosesi üzrə iş təcrübəsi ən azı 18 ay
• Maliyyələşmə üzrə Fondla iş təcrübəsi
• Maliyyələşmə üzrə müxabirləşmə və vəsaitlərin dövriyyəsi üzrə əməliyyatlar üzrə biliklərə malik olmalı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Maliyyə hesabatlığı üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə
hesabatlarının hazırlanması - Holdinq sorğularının vaxtında cavablandırılması
- Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması
- Şöbənin funksiyasından irəli gələn digər işlər
Tələblər
- Ali təhsil
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə
bacarığı - Məsuliyyətlilik, operativlik və dəqiqlik
- Komanda ilə işləmək bacarığı
- Beynəlxalq təcrübə tələb edən digər bilik və keyfiyyətlər (ACCA vəya CFA arzu olunandır)
- Kompüter bilikləri: Excel, SQL və digər
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “Maliyyə hesabatlığı üzrə baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.
İnvestisiya şöbəsinin mütəxəssisi
Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin İnvestisiya şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Yerli maliyyə insitutların və şirkətlərin profilinin araşdırılması və kredit reytinq/riskinin
- müəyyənləşdirilməsi;
- Maliyyə institutların və şirkətlərin detallı qiymətləndirilməsi: maliyyə hesabatlarının yoxlanması və kapitalın dəyərinin qiymətləndirilməsi;
- Müxtəlif sektorların araşdırılması və təhlil hazırlanması;
- Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanması və tətbiqi;
- Yerli və qlobal bazarlarda gedən trendlərin araşdırılması, izlənməsi və müvafiq hesabatların hazırlanması;
- Bankın investisiya portfelin makro və risk factorlar üzrə nəzarət və idarəçiliyə dəstək;
- Rəhbərlik tərəfindən verilən spesifik araşdırmaların yerinə yetirilməsi.
Tələblər:
- İqtisadiyyat, maliyyə, İT və ya riyaziyyat sahəsində ali təhsil;
- Yüksək Excel bilikləri və təcrübəsi;
- Yüksək səviyyədə mühasiblik, maliyyə, kəmiyyət analizi və biznes yazışma bacarıqları;
- Yüksək səviyyədə maliyyə modelləşdirilməsi bacarığı;
- Təşkilati bacarıqlar və dinamik mühitdə qoyulan tapşırıqların vaxtında icrası;
- Tədqiqat, investisiya və və mühasiblik sahəsində 1-3 illik iş təcrübəsi;
- Çoxfunksiyalılıq və komanda mühitidində çalışmaq qabiliyyəti;
- CFA, FRM və ya CAİA sertifikatları arzuolunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.