Azərbaycanın ən böyük banklarından olan «Kapita Bank» 2021-ci ilin nəticələrini açıqlayıb.
Eləcə də bax: "Kapital Bank" Azərbaycan bankları arasında - Ən Yüksək Reytinqi Alıb
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 111,8 miyon manat (ötən ilin eyni dövrünə nisbətən 5% artıb), faiz xərcləri 15,2 milyn manat (20,5% artıb) təşkil edib.
Faiz gəlirlərinin böyük hissəsi - 90,3 milyon manatı (4% azalıb) kredit faizləri üzrə gəlirlərin payına düşüb. Bu dövrdə bank qiymətli kağızlardan 15,1 milyon manat (3,5 dəfə artıb) gəlir əldə edib.
Nəticədə bankın xalis faiz gəliri 2,8% artaraq 96,5 milyon manata yüksəlib.
Birinci rübdə «Kapital bank»ın qeyri-faiz gəlirləri 21%-dən çox artaraq 58,8 milyon manata, qeri-faiz xərcləri isə 9,7% artaraq 64,6 milyon manata yüksəlib.
Bu dövrdə bankın əmək haqqı xərcləri 3,9% artaraq 31,8 milyon manat, ümumi inzibati xərcləri isə 3,2 dəfə artaraq 20,5 milyon manat təşkil edib.
Nəticədə bankın əməliyyat mənfəəti 90,6 milyon manata yüksəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon manat artıqdır.
Birinci rübün nəticəsi olaraq bank aktivlər üzrə mümkün zərərlərin qarşılanması üzrə 21,2 milyon manat ehtiyat ayırıb. Halbuki, ötən ilin birinci rübünün sonunda əks proses baş vermişdi – bank ehtiyatlardan 10,6 milyon manat geri qaytarmışdı.
Nəticədə 2021-ci ilin biinci rübünü «Kapital Bank» 55,5 milyon manat xalis mənfəətlə baş vurub. Bu ötən ilin birinci rübü ilə müqayisədə təqribən 20 milyon manat azdır.
Birinci rübdə «Kapital Bank» daha 26% böyüyüb. Bankın aktivləri 26,6% artaraq 4,4 milyon manatdan, 5,6 milyon manata yüksəlib.
Aktivlərin belə kəskin artımı bankdakı nağd vəsaitlərin kəskin yüksəlməmi ilə bağlıdır. Belə ki, birinci rübün sonunda bankdakı nağd pul vəsaitləri 2 dəfədən çox artaraq 2 milyard manatı keçib. Yri gəlmişkən, bu məbləğ bankın ümumi aktivlərinin 36%-ə çatır.
Birinci rübün sonuna bankın müştərilərə verilən kreditlər 11% artaraq 1 milyard 923 milyon manata çatıb. Kreditlərdə əsas artım ipoteka kreditlərində baş verib – 57 milyon manatdan 244 milyon manata və ya 4,3 dəfə artım.
Bankın öhdəlikləri də təqribən 1 milyard manat və ya 25% artaraq 4,9 milyard manata yüksəlib.
Bankdakı derozitlər 750 min manat artaraq 4 milyard 65 milyrn manatı keçib. Artımın 700 milyon manatı bankdakı şikkətlərin pulları hesabına, 65 milyon manat isə fiziki şəxslərin əmanətlərinin hesabına baş verib.
Bankın kapitalı isə 36% artaraq 678,5 milyon manata yüksəlib.