Azərbaycanın aparıcı banklarından olan Kapital Bank 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbəor verir ki, yanvar-mart aylarında bankın gəlirləri 227,7 milyon manat, xərcləri 122,8 milyon manat təşkpl edib. 38,8 milyon manat ehtiyatlara ayrılıb, 15,7 milyon manat isə vergi kimi ödənilib.
Nəticədə bank ilk rübü 50 milyon manat xalis mənfəətlə bağlayıb.
Bu dövrdə bankın aktivləri 1 aprel 2022-ci il tarixinə 6,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,9 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2022-ci il tarixinə 5,5 milyard manat olub.
Bankın 1 aprel 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 547 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.