Kapital Bank 6 – 8 oktyabr tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin rəsmi tərəfdaşıdır.
Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilir.
Sərgidə Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar da təşkil olunacaq.
Sərgidə ümumilikdə ölkənin 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində həmçinin Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcəklər.
Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank ötən il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.