"Bu yaxınlarda bazara yeni kredit kartı növünün təqdim olunmasını gözləyirik".
FED.az xəbər verr ki, bunu keçirilən mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib.
O qeyd edib ki, hazırda "Bir Bank Debet", "Bir Bank Kredit" və "Bir Bank Taksit" kartları geniş şəkildə satılır və bundan sonra da satılacaqdır.
Bankın sədri vurğulayıb ki, "Kapital Bank" keçən il 3 milyon ədədə yaxın kart sifarişi qəbul edib:
"Bir Bank" mobil tətbiqi ilə kart sifariş etmək daha rahatdır. Müşahidə edirik ki, müştərilər fiziki kart sifariş etmək əvəzinə, "Bir Bank" tətbiqi ilə virtual kart sifariş edib və standard kart kimi də istifadə edirlər. Ola bilsin ki, bizim rəqəmsal kartların payı artır, lakin fiziki kartların da sayı çoxdur. Keçən il ərzində biz 3 milyon ədədə yaxın debet və kredit kartları sifarişi almışıq və təhvil vermişik". (Marja)