“Kapital Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, səhmdarlarının ümumi yığıncağı 1 aprel 2021-ci il saat 11.00-da Bakı, M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı ünvanında keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
• “Kapital Bank” ASC-nin 2020-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması.
• “Kapital Bank” ASC tərəfindən 2020-ci il maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi.
• 2021-2023-cü illər üçün strateji baxış, missiya bəyanatı, o cümlədən onun əsasında strateji plan layihəsi.
• “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə müşahidə şurasının üzvü seçilməsi.
• Digər məsələlər.