Güvənc Dönməz, Aleksandr Maqomedov və Maksim Yevdakimov Kapital Bank-da Rəqəmsal Həllər üzrə Müşavirə Heyətinin üzvləri kimi çalışacaqlar.
Eləcə də bax: Kapital Bank 9 nüfuzlu mükafata - LAYİQ GÖRÜLÜB
FED.az xəbər verir ki, 18 noyabr 2022-ci il tarixində yeni rəhbərlərin iştirakı ilə ilk iclas keçirilib.
Rəqəmsal Həllər üzrə Müşavirə Heyəti Kapital Bank-da rəqəmsal həllərin beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etdirilməsi, innovasiyalar və texnologiyalar sahəsində həyata keçirilən layihələrin daha səmərəli idarə olunması məqsədilə fəaliyyət göstərəcək.
Güvənc Dönməz Delivery Club, Mail.ru Group, Cofix Russia, Domino’s Pizza, Samsung Electronics Russia, Procter & Gamble kimi şirkətlərdə, Aleksander Maqomedov Avito, Bank 131, YooMoney, ASCON şirkətlərində, Maksim Yevdokimov isə Headhunter, Okko, Sber, Tinkoff Bank kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.