“Kapital Bank” ASC 25 milyon ABŞ dolları dəyərində istiqraz buraxacaq.
FED.az bunu dərc olunan emissiya prospektinə istinadən xəbər verir.
Bildirilir ki, istiqtazların hər biri nominal dəyəri 100 ABŞ dolları olan 250 000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlardır.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 7 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir.
Qeyd edilən buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə hesablanacaq.
Təklifin səbəbi Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədi ilə həyata keçiriləcəkdir.
Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. Sonuncu kupon ödənişi tədavül müddətinin sonunda istiqrazların nominal dəyəri ilə birlikdə ödəniləcəkdir.
“Kapital Bank” ASC tərəfindən buraxılacaq istiqrazların anderraytinqi və yerləşdirilməsi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən həyata keçiriləcək