Banner

Bank

"Kapital Bank" 2020-ci ilin I rübünün nəticələrini - ELAN EDİB

"Kapital Bank" 2020-ci ilin I rübünün nəticələrini - ELAN EDİB | FED.az
11:05 14 Aprel 2020

Kapital Bank-ın aktivləri 1 aprel 2020-ci il tarixinə 4,4 milyard manat təşkil edib.

Eləcə də bax: "Kapital Bank" səhmdarlarına - DİVİDEND ÖDƏMƏYƏ BAŞLAYIB

FED.az xəbər verir ki, müştərilərə verilən kreditlərin həcmi isə 2,04 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2020-ci il tarixinə 3,3 milyard manat olub. 

Bankın 1 aprel 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 470 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Digər xəbərlər

Banner