“Kapital Bank” ASC 2020-ci ildə ipoteka portfelinin həcminə görə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları arasında lider olub.
Eləcə də bax: "Kapital Bank"da yeniliklər olacaq - PLANLAR AÇIQLANDI - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə fonddan məlumat verilib.
2019-cu ilin yekunları üzrə reytinqin lideri “NBC Bank” olmuşdu. Lakin bankın lisenziyası 2020-ci ilin yazında ləğv edildiyi üçün onun ipoteka portfeli digər banklar arasında bölüşdürülüb.
2020-ci ilin sonuna “Kapital Bank” 4,323 min ipoteka kreditinə xidmət göstərir, bu kreditlərin qalıq dəyəri 181 milyon 382,525 min manat təşkil edir (2019-cu ilin sonuna 45 milyon 653,018 min manat məbləğində 1,007 min kredit). 2019-cu ilin yekunları üzrə “Kapital Bank” İKZF-nin vəsaitləri hesabına ipoteka portfelinin həcminə görə banklar arasında 8-ci yerdə qərarlaşmışdı.
İpoteka portfelinin həcminə görə ikinci yerdə 102 milyon 458,668 min manatla (2,733 min kredit) “BTB Bank” gəlir. “BTB Bank” 2019-cu ilin yekunları üzrə İKZF-nin vəsaitləri hesabına ipoteka portfelinin həcminə görə banklar arasında üçüncü yerdə qərarlaşmışdı.
2020-ci ilin sonuna ipoteka portfelinin həcminə görə üçüncü yerdə 101 milyon 189,606 min manatla (2,386 min kredit) “Muğanbank” qərarlaşıb. 2019-cu ilin yekunları üzrə bank ikinci yeri tutmuşdu.
Ötən ilin yekunları üzrə fondun agent banklarının ilk onluğuna, həmçinin aşağıdakı banklar da daxildir: “Azər-Türk Bank” – 67 milyon 48,81 min manat (1,219 min kredit), “Xalq Bank” – 62 milyon 444,799 min manat (1,639 min kredit), “Yelo Bank” - 59 milyon 91,654 min manat (1,391 min kredit), “Rabitəbank” - 57 milyon 226.49 min manat (1,084 min kredit), “GünayBank” – 53 milyon 444,675 min manat (1,12 min kredit), “Unibank” - 46 milyon 518,946 min manat (1,199 min kredit) və Azərbaycan Beynəlxalq Bankı - 41 milyon 934,049 min manat (814 kredit).
Ümumilikdə, 2020-ci ilin sonuna 23,157 min ipoteka krediti üzrə qalıq dəyəri 1 milyard 30 milyon 323,156 min manat (2019-cu ilin sonuna 947 milyon 316,403 min manat məbləğində 21,737 min kredit) təşkil edir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir. (İnterfaks)