“Kapital Bank” 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.
FED.az “Kapital Bank” ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 321 mln 562 min manat, faiz xərcləri 75 mln 713 manat olub. Xalis faiz gəliri ötən ilə nisbətən 35,35% artaraq 245 mln 849 min manat təşkil edib.
Eləcə də bax: 2018-də zərəri 50 dəfə artıb – BANK HESABATI
Hesabat dövründə qeyri-faiz gəlirləri 136 mln 851 min manat, qeyri-faiz xərcləri isə 159 mln 462 min manat olub. Sonda əməliyyat mənfəəti ötən ilə nəzərən 32,55% artaraq 223 mln 238 min manata çatıb. Bank hesabat dövründə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 1,92 dəfə artaraq 93 mln 711 min manat təşkil edib.
Yekunda bank 2018-ci ili 98 mln 53 min maat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 94 mln 840 min manat mənfəətlə tamamlamışdı. Yəni 2018-ci ildə bankın xalis mənfəəti 3,39% artıb.
FED.az bankın “Balans” hesabatına əsasən bildirir ki, 2018-ci ildə bankın cəmi aktivləri ötən ilə nisbətən 16,70% artaraq 3 mlrd 716 mln 480 min manat, cəmi kapital d 14,10% artaraq 371 mln 887 min manata çatıb.
Bankın hesabat dövründə kredit portfeli ötən illə müqayisə də 20,65% artaraq 1,5 mlrd manat təşkil edib.
"Kapital Bank"ın "Mənfəət və Zərər" hesabatı.
"Kapital Bank"ın "Balans" hesabatı.