Bank sektorunun liderlərindən olan «Kapital Bank» 100 milyon manatlıq manat istiqrazı buraxmağa hazırlaşır.
FED.az bankın açıqladığı emissiya prospekti və informasiya memorandumuna istinadən xəbər verir ki, istiqraz buraxılışı çərçivəsində investorlara hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd istiqraz təqdim ediləcək.
İstiqrazlar bir il (360 gün) müddətinə buraxılır, onların illik faiz dərəcəsi 10% təşkil edir.
İstiqrazlar üzrə faiz ödənişləri ayda bir dəfə, hər 30 gündən bir həyata keçiriləcək.
Ödənişlər istiqraz sahiblərinin bank hesablarına nağdsız qaydada köçürüləcək.
Axırıncı faiz ödənişi isə istiqrazın müddəti başa çatandan sonra istiqrazların nominal dəyəri ilə birlikdə ödəniləcək.