Bu ilin ikinci rübünün maliyyə nəticələrinə əsasən ən yüksək məbləğdə istehlak kredit portfelinə malik olan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların balans hesabatı əsasında hazırladığı bankların istehlak kredit portfelinin həcminə görə renkinqə istinadən xəbər verir ki, 4 bankın istehlak kredit portfeli yarım milyard manatdan yüksəkdir.
Siyahının ilk pilləsində 2 milyard 562 milyon manat göstərici ilə bank sektorunun nəhənglərindən olan "Kapital Bank" gəlir.
"Kapital Bank" -dan sonra ikinci yerdə ölkənin ən böyük bankı olan ABB durur. Bankın istehlak kredit portfeli 1 milyard 646 milyon manat təşkil edir.
Üçüncü yerdə ölkənin ən aparıcı banklarından olan "Unibank Kommersiya Bankı"ın istehlak kreditlərinin həcmi 625,2 milyon manata bəraər olub.
"Bank of Baku"da isə bu göstərici 527,5 milyon manata yaxınlaşıb.
Növbəti yeddi bankın istehlak kreditlərinin həcmi isə 200 milyon manatdan yüksəkdir.
Belə ki, istehlak kredit portfeli "Xalq Bank"da 275,3 milyon manat, "Bank Respublika"da 274,8 milyon manat, "Azər Türk Bankd"da 267,9 milyon manat, "Rabitəbank"da 261,4 milyon manat, "Yelo Bank"da 239,1 milyon manat, "AccessBank"da 231 milyon manat, "Expressbank"da 205,4 milyon manat olub.