Gürcüstan Milli Bankına rəhbər təyin edilib.
FED.az xəbər verir ki, Gürcüstan prezidenti Mixail Kavelaşvilinin sərəncamı ilə Natiya Turnava Milli Bankın rəhbəri təyin edilib.
Qeyüd edək ki, xanım Turnava indiyədək bu vəzifəni 2023-cü ilin iyunundan icra edirdi, amma təyinatı rəsmi olaran təsdiqlənməmişdi.
Turnava Gürcüstan Milli Bankının ilk qadın rəhbəridir.
Natiya Turnava – ixtisasca iqtisadçıdır, Tbilisi Dövlət Universtitenin iqtisad üzrə doktarudur. Bundan başqa, GMB-nin yeni rəhbəri Böyük Britaniyanın Kambriya Universitetində MBA səviyyəsinə malikdir.
Eləcə də Natiya Turnava Harvard Universitetinin Con Kennedi adına Dövlət İdarəetməsi Məktəbində təhsil alıb.
Karyerası boyunca o Gürcüstanın bir sıra ali məktublərində dərs deyib.
Uzun illər Natiya Turnava dövlət və biznes sektorunda yüksək vəzifələrdə çalışıb. O Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri, eləcə də Dövlət Əməkdaşlıq Fondunun icraçı direktorunun müavini olaraq çalışıb.