2023-cü ilin IV rübündə Azərbaycanda ən yüksək qeyri-faiz xərcləri olan bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, IV rübdə ən yüksək qeyri-faiz xərclərinə malik olan bank “Kapital Bank” olub – 644 milyon manat.
İkinci ən yüksək qeyri-faiz xərcləri göstəricisi 395 milyon 534 min manatla “Azərbaycan Beynəlxalq Bankı”nda olub.
“Paşa Bank”da isə bu göstərici 303 milyon 576 min manat təşkil edib.
“Unibank”ın qeyri-faiz xərcləri 165 milyon 129 min manat, “Bank Respublika”nın xərcləri isə 105 milyon 645 min manat təşkil edib.
Ən az qeyri-faiz xərcləri olan banklar isə “Bank Melli İran” Bakı filialı (2 milyon 242 min manat) və “Bank Avrasiya” (8 milyon 424 min manat) bankları olub.