2023-cü ilin IV rübündə Azərbaycanda ən yüksək faiz xərcləri olan bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, IV rübdə ən yüksək faiz xərclərinə malik olan bank “Azərbaycan Beynəlxalq Bankı” olub – 134 milyon 947 min manat.
İkinci ən yüksək faiz xərci göstəricisi 115 milyon 593 min manatla “Kapital Bank”da olub.
“AccessBank”da isə bu göstərici 73 milyon 317 min manat təşkil edib.
“Bank Respublika”nın faiz xərcləri 72 milyon 709 min manat, “Unibank”ın xərcləri isə 71 milyon 776 min manat təşkil edib.
Ən az faiz xərci olan banklar isə “Bank Melli İran” Bakı filialı (40 min manat) və “Naxçıvanbank” (2 milyon 70 min manat) bankları olub.