2023-cü ilin IV rübündə Azərbaycanda ən yüksək faiz gəlirləri əldə edən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, IV rübdə ən yüksək faiz gəliri əldə edən bank “Azərbaycan Beynəlxalq Bankı” olub – 779 milyon 916 min manat.
İkinci ən yüksək faiz gəliri göstəricisi 703 milyon 659 min manatla “Kapital Bank”da olub.
“Paşa Bank”da isə bu göstərici 448 milyon 411 min manat təşkil edib.
“Unibank”ın faiz gəlirləri 211 milyon 955 min manat, “AccessBank”ın gəlirləri isə 195 milyon 339 min manat təşkil edib.
Ən az faiz gəliri əldə edən banklar isə “Bank Melli İran” Bakı filialı (3 milyon 98 min manat) və “Bank Avrasiya” (15 milyon 781 min manat) bankları olub.