2023-cü ilin IV rübünün yekunlarına əsasən, “Naxçıvanbank” aktivləri ən çox böyüyən bank olub.
FED.az bu barədə bankların hesabatına əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, “Naxçıvanbank”ın hesabatı əvvəlki illə müqayisədə 21,5 dəfə və ya 288 milyon 398 min manat böyüyüb və 302 milyon 482 min manat təşkil edib.
“Naxçıvanbank”dan sonra ən yüksək artım dinamikası “Yelo Bank”da müşahidə edilib.
Belə ki, bu bankda aktivlər üzrə illik müqayisə ilə 744 milyon 917 min manat və ya 90,7%-lik artım baş verib və bankın aktivləri ötən ilin son rübündə 1 milyard 566 milyon 452 min manata yüksəlib.
“Bank Respublika”nın akitvləri isə 546 milyon 119 min manat və ya 34,5% artaraq 2 milyard 130 milyon 976 min manata çatıb.
Hesabat dövründə aktivləri ən çox azalan bank isə “Bank Avrasiya” olub. Belə ki, bu bankın aktivləri 2022-ci ilin dördüncü rübü ilə müqayisədə 39 milyon 731 min manat və ya 17,7% azalaraq 184 milyon 537 min manata düşüb.
Bankların aktivlər üzrə göstəriciləri və dinamikası haqqında daha ətarflı FED.az RENKİNQ-də tanış ola bilərsiniz.